Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir!

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan həyatına təhdilər olması ilə bağlı videomüraciət yayıb.

Cagdas.az xəbər verir ki, Anna Akopyan bununla bağlı İnstaqram səhifəsində video paylaşım edib. O müraciətində son günlərdə ölkədə məişət zorakılığı məsələsini ictimailəşdirməsindən sonra həyatı üçün təhlükə hiss etdiyini qeyd edib.

“Məişət zorakılığı haqqında açıq danışmağa başladıqdan sonra həyatıma qarşı təhdidlər hiss edirəm. Ümid edirəm ki, dövlət qurumları bu kimi halların qarşısını ala biləcəklər. Çünki baş nazirin həyat yoldaşı zorakılığın qurbanı olsaydı, bu, ölkənin nüfuzuna ciddi zərbə olardı”, – Akopyan vurğulayıb.

Akopyan videomüraciətində qadınlara məişət zorakılığı halları barədə susmamağa çağırıb.

“Yalnız biz bir-birimizə kömək edə və qoruya bilərik. Bu problem barədə cəsarətlə danışmağa başlamalı, ailələrimizdə zorakılığa artıq dözməyəcəyimizi bəyan etməliyik. Hamını birdən susdurmaq mümkün olmayacaq”, – o bildirib.

O, qadınların baş verənlər barədə açıq danışmaqdan çəkinməməli olduqlarını söyləyib.

Baş nazirin həyat yoldaşı daha sonra qeyd edib:

“Qorxmayın. Ən pisi artıq başımıza gəlib. İllərlə psixoloji, fiziki, maliyyə və cinsi istismar altında yaşamaq əsl kabusdur və biz bundan qətiyyətlə çıxmalıyıq. Artıq buna dözməyəcəyik”.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu Anna Akopyanın həyatına təhdidlər alması barədə bəyanatı təsdiqləyib və məsələ ilə bağlı araşdırmaya başlayıb./ölkə.az