Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Cəmiyyət

Yumurtanın 1-2 qəpiyə satıldığı dövrün ardından son günlər bəzi marketlərdə məhsulun qiymətinin bahalaşdığı ilə bağlı məlumatlar yayılıb.

Sosial şəbəkələrdə yayılan fotolarda “kənd yumurtası” adı ilə satılan məhsulların 36-38 qəpiyə, ağ yumurtaların isə 28 qəpiyə təklif edildiyi görünür. Bu isə istehlakçılar arasında bazarda həqiqətən qiymət artımının baş verib-vermədiyi ilə bağlı suallar yaradıb.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, sosial şəbəkələrdə yumurtanın bahalaşması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir:

“Hazırda bazarda sənaye üsulu ilə istehsal olunan yumurtanın qiymətində artım müşahidə olunmur. Bu gün səhər saatlarında apardığım müşahidələr zamanı “Araz” marketlər şəbəkəsində yumurtanın 13-15 qəpiyə, digər marketlərdə isə 15-17 qəpiyə satıldığını müəyyən etdim.

Hazırda ölkədə yumurta istehsalı daxili tələbatı ödəmək üçün kifayət qədərdir. Bundan əlavə, anbarlarda da ehtiyat məhsul var. Bu səbəbdən yaxın dövrdə yumurtanın qiymətinin bahalaşması üçün hər hansı əsas görünmür”. Eyni zamanda, yumurtanın maya dəyərinə təsir edən əsas amillərdə də artım qeydə alınmayıb:

“Xüsusilə, istehsalda mühüm yer tutan yemin qiyməti sabit qalıb. Ümumilikdə isə hazırkı vəziyyətdə yumurtanın qiymətinin artmasına səbəb ola biləcək iqtisadi və ya istehsal amili müşahidə edilmir”./cebheinfo.az