Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu şəxslərin maaşı artırılacaq

Cəmiyyət

Kitabxana sistemində aparılan optimallaşdırma prosesindən sonra attestasiyadan uğurla keçən əməkdaşların əməkhaqqılarının artırılması nəzərdə tutulur.

Cagdas.az xəbər veriri ki bunu Modern.az-a Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə İT mütəxəssislərinin attestasiyası ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, hazırda kitabxana sistemində aparılan dəyişikliklərin əsas məqsədi kitabxanaların müasir çağırışlara uyğun fəaliyyət göstərməsini təmin etməkdir.

V.Qurbanzadə bildirib ki, optimallaşdırma yalnız kitabların əlçatanlığının artırılması, beynəlxalq standartlara uyğun xidmətlərin təşkili və kitabxana fondlarının zənginləşdirilməsinə xidmət edir.

Şöbə müdiri qeyd edib ki, bu proses çərçivəsində peşəkar kitabxana əməkdaşlarının hazırlanmasına da xüsusi diqqət yetiriləcək:

“Kitabxana əməkdaşlarının peşəkarlığının təmin olunması məqsədilə attestasiyadan keçmiş əməkdaşların kurslara cəlb olunması və optimallaşma prosesindən sonra kitabxana əməkdaşlarının əməkhaqqılarının artırılması istiqamətində Mədəniyyət Nazirliyinin müəyyən planları var. Bu proses başa çatdıqdan sonra həmin planların tətbiqi nəzərdə tutulur”.

V.Qurbanzadə əlavə edib ki, hazırda kitabxana sistemində çalışan digər əməkdaşların attestasiyası ilə bağlı hələlik hər hansı qərar qəbul edilməyib. Onun sözlərinə görə, bu mərhələdə yalnız informasiya texnologiyaları sahəsində çalışan təxminən 1 100 əməkdaş attestasiyaya cəlb olunub.