• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.5° Weather Columbus
$
1.7
€
1.9327
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Sumqayıt, Xırdalan və Masazırdan gələnlərə ŞAD XƏBƏR: 17 yeni stansiya gəlir — Xəritə tamamilə dəyişir!

28 İyul, 26 / 21:41
A A

Bakının nəqliyyat infrastrukturunda növbəti illərdə böyük dəyişikliklər gözlənilir. Dövlət Proqramına uyğun olaraq Bakı Metropolitenində 17 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Xüsusilə Bənövşəyi və Yaşıl xətlərin genişləndirilməsi sərnişin axınının yenidən bölüşdürülməsinə, keçid imkanlarının artmasına və paytaxtdakı tıxacların azalmasına mühüm töhfə verməlidir.

Cagdas.az bildirir ki  mövzu ilə bağlı Referans Media-ya açıqlama verən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, qəbul olunmuş Dövlət Proqramına əsasən, Bakı Metropolitenində ümumilikdə 17 yeni stansiyanın inşası nəzərdə tutulur.

Onun sözlərinə görə, bu stansiyalardan 6-sı Bənövşəyi, 4-ü isə Yaşıl xətt üzərində yerləşəcək. Stansiyaların yerləri Bakı şəhərinin rəqəmsal əkizi və digər təhlillər əsasında müəyyən edilib.

“Bütün təhlillərin nəticəsi onu göstərir ki, bu layihələr şəhərin dayanıqlı mobillik planının və ictimai nəqliyyat sisteminin inkişafı baxımından dönüş nöqtəsi olacaq”, – deyə Bəxtiyar Məmmədov vurğulayıb.

O qeyd edib ki, Bənövşəyi xətt üzrə inşa ediləcək 6 yeni stansiya xəttin daşıma qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və sərnişin tələbatını yüksəldəcək.

Hazırda Bənövşəyi xəttin Bakı Metropoliteninin ümumi sərnişindaşımasında payı nisbətən az olsa da, onun daşıma potensialı Qırmızı və Yaşıl xətlərlə müqayisədə daha yüksəkdir. Bunun səbəbi isə bütün stansiyaların yeddi vaqonlu qatarların istismarı nəzərə alınmaqla layihələndirilməsidir.

Bəxtiyar Məmmədov bildirib ki, aparılan təhlillər paytaxta ən böyük sərnişin axınının Sumqayıt, Xırdalan, Masazır və Bakı–Şamaxı yolu istiqamətindən gəldiyini göstərir. Bu baxımdan “Avtovağzal” və “Xocəsən” stansiyalarının yerləşməsi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, həmin istiqamətlərdən gələn sərnişinlər bu stansiyalara çatdıqdan sonra yerüstü nəqliyyatdan istifadə etmədən metronun digər xətlərinə keçid edə və metro ilə əhatə olunan ərazilərə rahat şəkildə hərəkət edə biləcəklər. Bu isə həm vaxta qənaət edəcək, həm də sərnişinlərin marşrut planlamasını daha səmərəli edəcək.

Metropoliten rəsmisi qeyd edib ki, Bənövşəyi xətt üzrə iki yeni keçid stansiyası xüsusi əhəmiyyət daşıyacaq. Onlardan biri “Nizami” stansiyası yaxınlığında yerləşərək Yaşıl xətlə əlaqə yaradacaq. Digəri isə “Sahil” stansiyası yaxınlığında inşa olunacaq və Bənövşəyi xətdən birbaşa Qırmızı xəttə keçid imkanı təmin edəcək.

Bundan əlavə, “Xətai” istiqamətində də yeni keçid stansiyası yaradılacaq. Bunun nəticəsində Bənövşəyi xətt üzrə hərəkət edən sərnişinlər Yaşıl xəttə müxtəlif keçid məntəqələri vasitəsilə qoşula biləcəklər.

Bəxtiyar Məmmədov bildirib ki, gələcəkdə xətlərin ayrılması layihəsi də həyata keçiriləcək. Bu zaman “28 May” və “Cəfər Cabbarlı” stansiyaları Qırmızı və Yaşıl xətlər arasında keçid funksiyasını yerinə yetirəcək.

Onun sözlərinə görə, bütün layihələr başa çatdıqdan sonra Bakı Metropolitenində hər bir xətt müstəqil fəaliyyət göstərəcək və bütün xətlər arasında rahat keçid imkanları yaradılacaq. Bu isə yerüstü nəqliyyatın hərəkətinin tənzimlənməsinə, mikromobillik vasitələrinin inkişafına, tıxacların azalmasına və vətəndaşların ictimai nəqliyyatdan istifadəsinin artmasına müsbət təsir göstərəcək.

Tikinti işlərinin gedişi barədə danışan Bəxtiyar Məmmədov bildirib ki, Bənövşəyi və Yaşıl xətlər üzrə stansiyalar üçün ayrıca tenderlər elan olunacaq.

Onun sözlərinə görə, Bənövşəyi xətt üzrə bir stansiyanın tikintisi artıq son mərhələdədir. Digər beş stansiya üzrə isə müsabiqə yolu ilə podratçılar müəyyən ediləcək və hər iki xətt üzrə tikinti işləri ayrıca həyata keçiriləcək.

Metropoliten rəsmisi əlavə edib ki, bu il ərzində layihələrin tam dəqiqləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun prosedurların başlanması nəzərdə tutulur. Növbəti ildən isə yeni metro stansiyalarının tikintisinin aktiv mərhələsinə start veriləcək.

Bənzər Xəbərlər

Cəmiyyət

Qəbələdə tarixi sarayın qalıqları tapılıb – FOTO

İyul 28, 2026
Cəmiyyət

Gələcəyini sığortalamaq istəyənlərin nəzərinə: Qızıl, dollar, yoxsa avro?

İyul 28, 2026
Cəmiyyət

Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür

İyul 28, 2026
Cəmiyyət

Bu şəxslərin maaşı artırılacaq

İyul 28, 2026
Cəmiyyət

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

İyul 28, 2026
Cəmiyyət

Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir!

İyul 28, 2026

XƏBƏR LENTİ

Qəbələdə tarixi sarayın qalıqları tapılıb – FOTO

28 İyul, 26 / 23:05

“Sabah” Maludanı satdı – BU MƏBLƏĞƏ

28 İyul, 26 / 22:48

İkardi “Qalatasaray”ın vida matçından imtina etdi

28 İyul, 26 / 22:33

Gələcəyini sığortalamaq istəyənlərin nəzərinə: Qızıl, dollar, yoxsa avro?

28 İyul, 26 / 21:53

Sumqayıt, Xırdalan və Masazırdan gələnlərə ŞAD XƏBƏR: 17 yeni stansiya gəlir — Xəritə tamamilə dəyişir!

28 İyul, 26 / 21:41

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

28 İyul, 26 / 21:27

İran Ukraynaya qarşı müharibəyə qoşulur

28 İyul, 26 / 21:13

Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür

28 İyul, 26 / 20:59

Bu şəxslərin maaşı artırılacaq

28 İyul, 26 / 20:44

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

28 İyul, 26 / 20:30
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.