Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Erməni baş məşqçi Azərbaycanı təriflədi

Cəmiyyət

“Bakı haqqında fikirlərim çox müsbətdir”. 

Cagdas.az  Offsideplus.az saytına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın U17 yığma komandasının baş məşqçisi Qaqik Xaçatryan jurnalistlərə açıqlamasında deyib.

O, Bakıda təşkilatçılığın yüksək səviyyədə olduğunu deyib: “Mən uzun illərdir məşqçi kimi fəaliyyət göstərirəm və bizi hər zaman belə qarşılamayıblar. Burada hər şey dəqiq təşkil olunub – əlaqələndirmə, yarışın təşkili, ümumi iş prosesi. Sadəcə, hər şey yüksək səviyyədədir. Mən 20 yaşım olanda da Bakıda olmuşam. O vaxt burada güləşmişdim. Amma həmin dövr tamam fərqli idi. İndi isə Bakı çox inkişaf edib.

Azarkeşlər də bizə qarşı mehriban idilər, onlar ədalətli mübarizəni dəstəkləyirdilər. Hakimlik də ən yüksək səviyyədə idi”.

Məşqçi Ermənistan komandasının çıxışını da dəyərləndirib:

“Bu gün bir finalçımız və bir bürünc medalçımız oldu. Bundan əlavə, bir idmançımız beşinci yeri tutdu. Sabah isə daha iki idmançımız təsəlliverici görüşlərdə final mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacaq”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.