Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Keçid ballarının artıb-azalacağı barədə DİM-dən rəsmi AÇIQLAMA

Cəmiyyət

Ali təhsil müəsissələrinə qəbul üzrə keçid ballarında ciddi dəyişiklik gözlənilmir.

Cagdas.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində çıxışında deyib.

O bildirib ki, xüsusilə IV ixtisas qrupunda, əsasən tibb istiqamətini seçən abituriyentlər arasında müsabiqə daha yüksək olur:

“Burada bal intervalları üzrə abituriyentlərin sayı da dəqiq görünəcək. Ümumilikdə, IV qrup üzrə əsas rəqabət 600 və daha yuxarı bal toplayan abituriyentlər arasında gözlənilir. Digər qruplarda isə vəziyyət müəyyən qədər fərqlidir. Plan yerlərində və keçid ballarında ötən illə müqayisədə ciddi dəyişikliklər gözlənilmir. Yalnız müəyyən ixtisaslarda keçid ballarına uyğun kiçik dəyişikliklər ola bilər”.

Aparat rəhbəri əlavə edib ki, sərgi çərçivəsində ənənəvi olaraq psixoloji testlər də təşkil olunacaq:

“Adətən, bu xidmət ödənişlidir, lakin sərgi keçirilən üç gün ərzində abituriyentlər peşə seçimi ilə bağlı psixoloji testlərdən ödənişsiz istifadə edə biləcəklər. Bundan əlavə, psixoloji dəstək xidməti də fəaliyyət göstərəcək. Psixoloqlar abituriyentlərlə görüşərək onlara ixtisas seçimi ilə bağlı fərdi məsləhətlər verəcəklər”.(modern.az)