Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Beynəlxalq dil sertifikatlarından 11-i saxta çıxdı

Cəmiyyət

Bu il yoxlanılmış beynəlxalq dil sertifikatlarından 162-si həqiqi hesab edilərək təsdiqlənib, 11 sertifikatın isə saxta və ya qeyri-şəffaf üsullarla əldə olunduğu müəyyən edildiyi üçün qəbul edilməyib.

Cagdas.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son dövrlərdə qəbul imtahanlarında xarici dil üzrə beynəlxalq sertifikatlarla bağlı məsələlər tez-tez gündəmə gəlir:

“DİM-in öz xarici dil imtahanları mövcuddur. Bununla yanaşı, TOEFL, IELTS, Cambridge və digər beynəlxalq dil sertifikatları da müəyyən şərtlərlə qəbul olunur. Bu sertifikatların ekvivalentliyi və həqiqiliyinin yoxlanılması qaydaları 2023-cü ildə mərkəzin Direktorlar Şurasının qərarı ilə təsdiq edilib. Həmin qaydalara əsasən, təqdim olunan beynəlxalq dil sertifikatlarının həqiqiliyi yoxlanılır. Bu proseslə bağlı bəzən narazılıq və şikayətlər olur. Xüsusilə TOEFL Home Edition sertifikatları ilə bağlı müəyyən risklər mövcuddur. Bu imtahanlar sertifikatlaşdırılmış imtahan mərkəzlərində deyil, ev şəraitində keçirilir. Təəssüf ki, 2023-cü ildən etibarən həmin imtahanlarda bəzi hallarda qeyri-obyektiv və qeyri-şəffaf üsullardan istifadə edilməsi faktları aşkarlanıb”.

V.Misirov vurğulayıb ki, buna görə də bu sertifikatları təqdim edən şəxslərin sənədləri qəbul olunarkən onların həqiqiliyi DİM-in müvafiq qaydalarına uyğun şəkildə əlavə yoxlamadan keçirilir:

“Education Testing Service (ETS) – Dövlət İmtahan Mərkəzinin sorğularına cavab olaraq bəzi sertifikatların həqiqətən də saxta və ya qeyri-qanuni yollarla əldə edildiyini təsdiqləyib. Buna görə də həmin sertifikatların yoxlanılması tamamilə normal və zəruri prosedurdur. Bu il yoxlanılmış beynəlxalq dil sertifikatlarından 162-si həqiqi hesab edilərək təsdiqlənib, 11 sertifikatın isə saxta və ya qeyri-şəffaf üsullarla əldə olunduğu müəyyən edildiyi üçün qəbul edilməyib. Bu cür yoxlamalar qəbul prosesinin şəffaflığını və ədalətliliyini təmin etmək məqsədi daşıyır. Dünyanın bir çox nüfuzlu universitetləri də beynəlxalq sertifikatların həqiqiliyinin yoxlanılmasına xüsusi önəm verir”.modern.az)