Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir

Cəmiyyət

Hazırda Azərbaycanda orqan və toxuma transplantasiyası üçün gözləmə siyahısında ümumilikdə 1400-dən çox şəxs var.

Cagdas.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 600-ə yaxını sümük iliyi, 520-dən çoxu böyrək, 250-yə yaxını qaraciyər, 50-yə yaxını ürək, 50-dən çoxu isə buynuz qişa transplantasiyası üçün gözləmə siyahısındadır:

“Yaş bölgüsünə görə, sümük iliyi transplantasiyası gözləyənlər arasında uşaqlar üstünlük təşkil edir. Digər orqan transplantasiyaları üzrə gözləmə siyahısında isə əsasən böyüklər yer alır”.