Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Peşə təhsili alanlarla hərbi xidmətdən möhlət veriləcək? – RƏSMİ

Cəmiyyət

“Peşə təhsili alanlarla bağlı hərbi xidmətdən möhlət hüququnda dəyişiklik nəzərdə tutulmur”.

Cagdas.az –ın məlumatına görə, AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı jurnalistlərin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hazırda ümumi təhsil bazasından peşə təhsili müəssisələrinə qəbul olunan və 20 yaşadək olan şəxslər hərbi xidmətdən möhlət hüququndan istifadə edirlər.

Direktor bildirib ki, digər təhsil bazalarından və fərqli kateqoriyalar üzrə qəbul olunan şəxslərlə bağlı mövcud qaydalarda hər hansı dəyişiklik nəzərdə tutulmur.

“Hazırda qüvvədə olan qaydalar tətbiq edilir. Gələcəkdə bu məsələ ilə bağlı zərurət yaranarsa, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıla bilər. Lakin hazırda bununla bağlı hər hansı dəyişiklik gündəmdə deyil”