Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? – Dietoloq səbəbləri açıqladı

Cəmiyyət

Cagdas.az xəbər verir ki, amerikalı dietoloq Culi Uolles bu barədə “Yahoo”ya danışıb.

Onun sözlərinə görə, davamlı şəkildə şirniyyat yemək istəyi qanda şəkərin səviyyəsinin qeyri-sabit olmasına işarə edə bilər. Xüsusilə bu hal yorğunluq, əsəbilik və diqqətin zəifləməsi ilə müşayiət olunursa, buna diqqət yetirmək lazımdır.

Dietoloq bildirib ki, şirniyyata meyl beynin dopaminə ehtiyacından da qaynaqlana bilər. Yuxusuzluq, sosial ünsiyyətin azlığı və ya həyatda sevinc hissinin çatışmazlığı belə istəyi gücləndirir.

Bundan əlavə, polikistik yumurtalıq sindromundan (PKOS) əziyyət çəkən qadınlarda da şəkərə qarşı güclü istək müşahidə olunur.

Culi Uolles bu problemin qarşısını almaq üçün qidalanma vərdişlərini dəyişməyi tövsiyə edib. Onun sözlərinə görə, karbohidratlar lif, zülal və ya sağlam yağlarla birlikdə qəbul edilməlidir. Bu, qanda şəkərin səviyyəsini sabit saxlamağa kömək edir və nəticədə şirniyyata olan meyli azaldır.(publika)