Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Metroda həyəcanlı anlar – sərnişinlər təcili çıxarıldı – VİDEO

Cəmiyyət
Ötən gecə Bakı metrosunun “Azadlıq Prospekti” stansiyasında problem yaşanıb.

Cagdas.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

İddialara görə, saat 23:48-də stansiyanın platformasında olan sərnişinlər ərazidən çıxarılıblar.

Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

Metronun Azadlıq Prospekti stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO

“İyulun 29-da saat 23:55-də Bakı metropolitenini qidalandıran yüksəkgərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən “yaşıl xətt”in “Memar Əcəmi” – “Dərnəgül” sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.

Operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib”, – deyə B. Məmmədov bildirib.(ölkə.az)