Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? – VİDEO

Cəmiyyət

Təxminən dörd ay əvvəl paytaxtın Səbail rayonu, Badamdar yamacında baş verən sürüşmə səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. Lakin hadisədən aylar keçməsinə baxmayaraq, yol hələ də bağlıdır.

Cagdas.az Xəzər Tv-yə istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə bağlanan yolda nə iş görülür, nə də istifadəyə verilir.

Sakinlərin sözlərinə görə, yolun aylardır bağlı qalması onların gündəlik hərəkətinə ciddi çətinlik yaradır. Bu səbəbdən getməli olduqları məsafə uzanır, mənzil başına çatmaq üçün xeyli əlavə yol qət etməli olurlar.

53 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar da yolun bağlı olması səbəbindən hərəkət istiqamətini dəyişmək məcburiyyətində qalıb. Sürücülər deyirlər ki, avtobuslar daha uzun məsafə qət edir və bu da vaxt itkisinə səbəb olur.

Fövqəlada Hallar Nazirliyindən bildirildi ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Hazırda araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri görülür. Əlavə məlumat veriləcək.(referans media)