Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ayda 15 min manat qazananlar kimlərdir? – Azərbaycanda ən gəlirli peşələr

Cəmiyyət

AnewZ telekanalı Ermənistanın işğalı dövründə azərbaycanlı əsirlərin saxlanıldığı Şuşa həbsxanası haqqında xüsusi reportaj hazırlayıb.

Cagdas.az xəbər verir ki, reportajda litvalı hərbi jurnalist Riçardas Lapaytis Şuşa həbsxanasına baş çəkərək burada illər əvvəl baş vermiş hadisələri araşdırıb. O, həbsxananın kameralarını, cərimə təcridxanalarını və məhbusların “divardakı tabut” adlandırdıqları dar məkanı nümayiş etdirib.

Jurnalist reportaj zamanı Şuşa həbsxanasında saxlanılmış azərbaycanlı hərbi əsirlərin ifadələrinə də yer verib. Onların sözlərinə görə, həbsxanada işgəncələr, aclıq və psixoloji təzyiqlər tətbiq olunub.

Riçardas Lapaytis bildirib ki, həbsxananın divarları bu gün də burada ağır işgəncələrə məruz qalmış insanların yaşadıqlarını xatırladır.

Qeyd edək ki, reportaj AnewZ telekanalı tərəfindən hazırlanıb və Şuşa həbsxanasının işğal dövründə azərbaycanlı əsirlərin saxlanıldığı məkan kimi tarixini əks etdirir.(milli.az)