Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın xarici dövlət borcu azaldı

Cəmiyyət

Cari il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon dollar və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat (76 milyard 984,4 milyon dollar) məbləğində proqnozlaşdırlan ümumi daxili məhsulun (ÜDM) 6 faizini təşkil edib.

Cagdas.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, xarici dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 196,7 milyon dollar və ya 4,1 faiz azalıb. Bu ilin birinci yarısı ərzində kredit sazişləri çərçivəsində 57,1 milyon dollar məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə zəifləməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 20,4 milyon ABŞ dolları məbləğində azalması müqabilində 233,4 milyon dollar vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib.

İyulun 1-nə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 0,3 faiz bəndi azalıb.

Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,4 faizini, sabit dərəcə ilə olanlar isə 50,6 faizini təşkil edib.

Xarici dövlət borcu portfelinin 35,7 faizi Asiya İnkişaf Bankının, 30 faizi avrobondların, 12,9 faizi Dünya Bankının, 21,4 faizi isə İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnfrastruktur və İnvestisiya Bankı və digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.(manset.az)