Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanlıların olduğu növbəti gəmiyə dron HÜCUMU

Cəmiyyət

Qara dənizdə Odessa limanı yaxınlığında göyərtəsində azərbaycanlı dənizçilərin olduğu quru yük gəmisi dron hücumuna məruz qalıb.

Cagdas.az xəbər veriri ki “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyindən Modern.az-a verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Panama bayrağı altında üzən və “Albatros Corporation” şirkətinə məxsus olan “ATA 2” adlı quru yük gəmisinə 3 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Zərbələr nəticəsində gəmiyə ciddi ziyan dəyib. Qeyd olunub ki, gəminin heyəti 13 nəfərdən ibarətdir. Onlardan 12 nəfəri Azərbaycan, 1 nəfəri isə Türkiyə vətəndaşı olan dənizçilərdir.

Hücum zamanı xəsarət alan və ya həyatını itirən olmayıb. Hazırda gəmi heyəti təhlükəsizlik məqsədilə Rumıniyanın Sulina şəhərindədir.