• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9564
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Diabetin gözlənilməz səbəbi – Yeni müalicə strategiyası yarana bilər

31 İyul, 26 / 23:10
A A
Sanford Burnham Prebys Tibbi Kəşflər İnstitutunun və Miçiqan Universitetinin tədqiqatçıları mədəaltı vəzinin beta hüceyrələrinin proinsulin molekullarını düzgün üçölçülü quruluşa necə qatladığını və bu proses pozulduqda hansı dəyişikliklərin baş verdiyini müəyyən ediblər.

Cagdas.az  xəbər verir ki, araşdırmanın nəticələri ”Proceedings of the National Academy of Sciences“ (PNAS) jurnalında dərc olunub.

Hüceyrələrdəki zülallar öz funksiyalarını düzgün yerinə yetirə bilmələri üçün origami kağızı kimi dəqiq üçölçülü formaya qatlanmalıdır. Şəkərli diabet inkişaf etdikcə bu proses pozulmağa başlayır. Nəticədə düzgün qatlanmamış zülallar hüceyrələrdə toplanaraq insulin istehsal edən beta hüceyrələrinə zərər vuran hüceyrədaxili stress yaradır. Alimlər əvvəllər bilirdilər ki, insulinin sələfi olan proinsulinin qatlanmasına BiP şaperon zülalı və bir sıra köməkçi zülallar nəzarət edir. Lakin onların bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğu indiyədək məlum deyildi.

BiP zülalının fəaliyyətini izləmək üçün tədqiqatçılar beta hüceyrələrində bu zülala əlavə molekulyar nişan daşıyan genetik cəhətdən dəyişdirilmiş siçanlardan istifadə ediblər. Araşdırma göstərib ki, BiP-in əsas tərəfdaşlarından biri olan p58IPK zülalı xüsusi əhəmiyyət daşıyır. Bu zülal hüceyrə xətlərindən çıxarıldıqda düzgün qatlanmamış proinsulin daha çox toplanıb. p58IPK zülalı olmayan siçanlarda isə beta hüceyrələri həm proinsulini, həm də insulini daha az istehsal edib.

p58IPK zülalının yenidən hüceyrələrə qaytarılması proinsulinin qatlanmasını və daşınmasını yaxşılaşdırıb. Lakin bu təsir yalnız BiP zülalının mövcud olduğu halda müşahidə olunub. p58IPK BiP-i əvəz edə bilməyib. Əksinə, yalnız BiP zülalının miqdarının artırılması, p58IPK olmadıqda, cüzi nəticə verib.

“Tək oynayan tennisçi cütlər arasında keçirilən oyunda uğur qazana bilmədiyi kimi, BiP də proinsulinin düzgün qatlanmasını təkbaşına təmin edə bilmir”, – deyə tədqiqatın həmmüəllifi İnsuk Can bildirib.

“Tədqiqatımız göstərir ki, proinsulinin qatlanması ikinci tip şəkərli diabet zamanı beta hüceyrələrinin funksiyasını itirməsinə səbəb olan hüceyrədaxili stresslərə qarşı həssasdır”, – deyə araşdırmanın aparıcı müəllifi Rendal Kaufman qeyd edib.

Hazırda şəkərli diabetin müalicəsində istifadə olunan dərmanların əksəriyyəti zülalların düzgün qatlanmaması problemini aradan qaldırmır. Onlar əsasən toxumaların daha çox qlükoza mənimsəməsinə kömək edir və ya mədəaltı vəzini daha çox insulin ifraz etməyə stimullaşdırır. Tədqiqat müəlliflərinin fikrincə, BiP sisteminin gücləndirilməsi xəstəliyin erkən mərhələlərində mədəaltı vəzinin beta hüceyrələrini qorumaq üçün yeni müalicə strategiyasına çevrilə bilər.(Publika.az)

 

Bənzər Xəbərlər

Cəmiyyət

2500 illik sirr: Amazon cəngəlliklərində naməlum sivilizasiyanın izləri tapıldı

İyul 31, 2026
Cəmiyyət

Xəzərin dibində nələr var? – Gələn məlumatlar narahatlıq yaratdı

İyul 31, 2026
Cəmiyyət

Qarabağ Universitetinə minimal keçid balları açıqlandı

İyul 31, 2026
Cəmiyyət

Azərbaycanın UEFA reytinqindəki yeri açıqlandı

İyul 31, 2026
Cəmiyyət

Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb… – ARAŞDIRMA

İyul 31, 2026
Cəmiyyət

Arıqlama iynələri dayandırıldıqdan sonra orqanizmdə nə baş verir?

İyul 31, 2026

XƏBƏR LENTİ

2500 illik sirr: Amazon cəngəlliklərində naməlum sivilizasiyanın izləri tapıldı

31 İyul, 26 / 23:52

Xəzərin dibində nələr var? – Gələn məlumatlar narahatlıq yaratdı

31 İyul, 26 / 23:27

Diabetin gözlənilməz səbəbi – Yeni müalicə strategiyası yarana bilər

31 İyul, 26 / 23:10

Qarabağ Universitetinə minimal keçid balları açıqlandı

31 İyul, 26 / 22:56

Azərbaycanın UEFA reytinqindəki yeri açıqlandı

31 İyul, 26 / 22:41

Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb… – ARAŞDIRMA

31 İyul, 26 / 22:27

Arıqlama iynələri dayandırıldıqdan sonra orqanizmdə nə baş verir?

31 İyul, 26 / 22:12

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

31 İyul, 26 / 21:58

Bakıda ağaclar niyə möhkəm kök sala bilmir?

31 İyul, 26 / 21:44

Azərbaycanda ən çox hansı peşələrə tələbat var?

31 İyul, 26 / 21:31
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.