Azərbaycanın ən ali dövlət mükafatı olun “Heydər Əliyev” ordeni ilə indiyədək 28 nəfər təltif edilib. Orden 22 aprel 2005-ci ildə təsis olunub və dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə təqdim edilir.
Cagdas.az bu vaxtadək təltif olunan ictimai və siyasi xadimlərin siyahısını təqdim edir.
İlham Əliyev – Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti. 28 aprel 2005-ci ildə “Heydər Əliyev” ordeninin statusunun 2-ci maddəsinə əsasən İlham Əliyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.
İhsan Doğramacı – Türkiyəli pediatr, Hacettepe Universitetinin qurucusu. 29 aprel 2005-ci ildə Türkiyə ilə Azərbaycan arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Jak Şirak – Fransa dövlət xadimi, Fransa Prezidenti (1995-2007). 29 yanvar 2007-ci ildə Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Mstislav Rostropoviç – Rusiyalı violonçel ifaçısı, pianoçu, dirijor, SSRİ xalq artisti. 27 mart 2007-ci ildə Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafında xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Viktor Yuşşenko – Ukrayna dövlət xadimi, Ukrayna Prezidenti (2005-2010). 21 may 2008-ci ildə Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Tahir Salahov – Azərbaycanlı rəssam, SSRİ xalq rəssamı. 27 noyabr 2008-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah – Küveytli dövlət xadimi, Küveyt Dövlətinin Əmiri. 9 fevral 2009-cu ildə Küveyt Dövləti ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Lex Kaçinski – Polşa dövlət xadimi, Polşa Prezidenti (2005-2010). 30 iyun 2009-cu ildə Polşa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Valdis Zatlers – Latviya dövlət xadimi, Latviya Prezidenti (2007-2011). 10 avqust 2009-cu ildə Latviya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Trayan Besesku – Rumıniya dövlət xadimi, Rumıniya Prezidenti. 18 aprel 2011 Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Georgi Pırvanov – Bolqarıstan dövlət xadimi, Bolqarıstan Prezidenti. 14 noyabr 2011-ci ildə Bolqarıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Emoməli Rəhmon – Tacikistan dövlət xadimi, Tacikistan Prezidenti. 11 iyul 2012-ci ildə Tacikistan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Arif Məlikov – Azərbaycanlı pedaqoq, SSRİ xalq artisti. 13 sentyabr 2013-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Abdullah Gül – Türkiyə dövlət xadimi, Türkiyə Prezidenti. 11 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Viktor Yanukoviç – Ukrayna dövlət xadimi, Ukrayna Prezidenti. 17 noyabr 2013-cü ildə Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Rəcəb Tayyib Ərdoğan – Türkiyə dövlət xadimi, Türkiyə Prezidenti. 2 sentyabr 2014-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Mehriban Əliyeva – Azərbaycan ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti. 29 iyun 2015-ci ildə Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Aleksandr Lukaşenko – Belarus dövlət xadimi, Belarus Prezidenti. 28 noyabr 2016-ci ildə Belarus ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Zeynəb Xanlarova – Azərbaycanlı müğənni, SSRİ xalq artisti. 26 dekabr 2016 -ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Nursultan Nazarbayev – Qazaxıstan dövlət xadimi, Qazaxıstan Prezidenti. 3 aprel 2017-ci ildə Qazaxıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Ömər Eldarov – Azərbaycanlı rəssam. 19 dekabr 2017-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Serco Mattarella – İtaliya dövlət xadimi, İtaliya Prezidenti. 18 iyul 2018-ci ildə Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Allahşükür Paşazadə – Azərbaycan din xadimi, Qafqaz müsəlmanları XII şeyxülislamı. 26 avqust 2019-cu ildə Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Xoşbəxt Yusifzadə – Azərbaycanlı mühəndis-geoloq. 13 yanvar 2020-ci ildə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Polad Bülbüloğlu – Azərbaycanlı müğənni, dövlət xadimi. 3 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Artur Rasi-zadə – Azərbaycan Respublikasının 6-cı Baş naziri. 20 fevral 2025-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Nəriman Həsənzadə – Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi. 18 fevral 2026-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Sadır Japarov – Qırğızıstan Prezidenti. 31 iyul 2026-ci ildə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib./Unikal/















