Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

Cəmiyyət

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə cari ilin iyul ayı ərzində 4 depozit hərracı keçirilib və ümumilikdə xəzinə hesabının 174 milyon manat məbləğində qalığı ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

Bu barədə Cagdas.az -a nazirlikdən məlumat verilib.

İyulun 9-da təşkil olunan ilk hərracda xəzinə hesabının 73 milyon manat məbləğində qalığı 4 kommersiya bankında 28 gün müddətinə, orta çəkili 7,24 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

İyulun 16-da keçirilən növbəti hərracda 40 milyon manat məbləğində vəsait 4 kommersiya bankında 28 gün müddətinə, orta çəkili 6,52 faiz dərəcəsi ilə yerləşdirilib.

İyulun 23-də baş tutan hərracda 2 kommersiya bankının iştirakı ilə xəzinə hesabının 31 milyon manat məbləğində qalığı 28 gün müddətinə, orta çəkili 6,55 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

İyulun 30-da keçirilən son hərracda isə 3 kommersiya bankının iştirakı ilə xəzinə hesabının 30 milyon manat həcmində qalığı 84 gün müddətinə, orta çəkili 6,53 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin idarə olunmasında səmərəliliyin artırılması məqsədilə xəzinə hesabının qalığının bazar prinsipləri əsasında depozit hərracları vasitəsilə ölkənin kommersiya banklarında yerləşdirilməsi praktikasını davam etdirir.(modern.az)