• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.4° Weather Columbus
$
1.7
€
1.9564
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

ABŞ vizaları ilə bağlı yeni qayda: 20 min dollar…

01 Avqust, 26 / 15:34
A A

ABŞ Dövlət Departamenti turist və işgüzar vizalarla bağlı yeni qaydanı daimi əsasda tətbiq etməyə hazırlaşır. Yeni qərara əsasən, bəzi ölkələrin vətəndaşlarından ABŞ vizası almaq üçün 20 min dollara qədər zəmanət depoziti tələb oluna bilər.

Cagdas.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ Federal Reyestrində dərc olunan sənədə əsasən, yeni qaydalar B1 (işgüzar) və B2 (turist) kateqoriyalı vizalara şamil ediləcək. Qayda təxminən 50 ölkənin vətəndaşlarına tətbiq oluna bilər ki, onların da təxminən 30-u Afrika qitəsində yerləşir.

Sənəddə qeyd olunur ki, konsulluq əməkdaşları müəyyən hallarda qeyri-immiqrasiya vizası üçün müraciət edən şəxslərdən 20 min dollara qədər depozit tələb etmək səlahiyyətinə malik olacaqlar. Bu ödəniş vizanın verilməsi üçün şərtlərdən biri kimi müəyyən edilə bilər.

ABŞ hakimiyyəti bu addımı əcnəbilərin ölkədə qalma müddətini aşması hallarının qarşısını almaq məqsədilə atdığını bildirir. Dövlət Departamentinin məlumatına görə, 2025-ci ildə həyata keçirilən pilot proqram vizaların depozit sistemi vasitəsilə daha effektiv nəzarət edilə biləcəyini göstərib.

Əvvəlki pilot proqram çərçivəsində 5 min, 10 min və 15 min dollar məbləğində depozit nəzərdə tutulurdu. Yeni qaydalar isə minimum 5 min dollarlıq həddi ləğv edir və maksimum məbləği 20 min dollara çatdırır.

Qərarın 3 avqustdan qüvvəyə minəcəyi bildirilir.

Miqrasiya siyasətinin sərtləşdirilməsini dəstəkləyənlər hesab edirlər ki, maliyyə zəmanəti ABŞ-də vizanın müddəti bitdikdən sonra qanunsuz qalmaq hallarını azalda bilər. İnsan hüquqları təşkilatları isə bu addımın qanuna əməl edən şəxslərin səyahətlərini çətinləşdirəcəyini və viza alma prosesində əlavə maneələr yaradacağını bildirirlər.

ABŞ Prezidenti Donald Tramp administrasiyası son dövrlərdə miqrasiya siyasətini daha da sərtləşdirib. Yeni ödənişlərin tətbiqi, eləcə də viza müraciətləri zamanı sosial şəbəkə hesablarının daha geniş şəkildə yoxlanılması da bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Tramp administrasiyası isə bütün bu tədbirlərin milli təhlükəsizliyin gücləndirilməsi və miqrasiya axınlarına daha effektiv nəzarət məqsədi daşıdığını vurğulayır.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Sabah çimərlikdə hava necə olacaq?

Avqust 1, 2026
Cəmiyyət

FHN-nin şöbə rəisi vəzifəsindən azad edildi – FOTO

Avqust 1, 2026
Cəmiyyət

Mehriban Əliyeva Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi

Avqust 1, 2026
Cəmiyyət

Masallıda yanğın – əkin sahələri üçün təhlükə yarandı

Avqust 1, 2026
Cəmiyyət

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Avqust 1, 2026
Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Avqust 1, 2026

XƏBƏR LENTİ

Sabah çimərlikdə hava necə olacaq?

01 Avqust, 26 / 17:20

FHN-nin şöbə rəisi vəzifəsindən azad edildi – FOTO

01 Avqust, 26 / 16:59

Mehriban Əliyeva Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi

01 Avqust, 26 / 16:38

Masallıda yanğın – əkin sahələri üçün təhlükə yarandı

01 Avqust, 26 / 16:17

Güləşçilərimiz finala yüksəldi

01 Avqust, 26 / 15:55

ABŞ vizaları ilə bağlı yeni qayda: 20 min dollar…

01 Avqust, 26 / 15:34

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

01 Avqust, 26 / 15:13

Bazar gününə olan hava proqnozu açıqlanıb

01 Avqust, 26 / 14:52

Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər

01 Avqust, 26 / 14:33

Azərbaycanda zəlzələ oldu

01 Avqust, 26 / 14:11
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.