Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Məktəblərdə mobil telefonları qadağan etməyə hazırlıq gedir

Cəmiyyət

Çexiya 2027-ci ildən məktəblərdə mobil telefonları qadağan etməyi planlaşdırır.

Cagdas.az xarici mediaya istinadən məlumat verir ki, Çexiya hökuməti məktəb mühitində diqqətin artırılması və şagirdlərin sosial ünsiyyətinin gücləndirilməsi məqsədilə yeni qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, 2027-ci il sentyabrın 1-dən etibarən uşaq bağçalarında, ibtidai və aşağı orta məktəblərdə mobil telefonlardan istifadə qadağan ediləcək.

Qadağa yalnız dərs saatlarına deyil, həm də tənəffüslərə, məktəb yeməkxanalarına və məktəb ərazisində keçirilən könüllü fəaliyyətlərə şamil olunacaq. Bununla belə, telefonlardan tibbi səbəblərlə və ya tədris prosesinin bir hissəsi kimi istifadə edilməsinə icazə veriləcək.

Hökumət bildirir ki, bu addım şagirdlərin dərsə daha yaxşı fokuslanmasına, kiberzorakılığın azalmasına və məktəbdə canlı ünsiyyətin artmasına kömək edə bilər. Qanun layihəsi parlament tərəfindən təsdiqlənərsə, yeni qaydalar 2027-ci ildən qüvvəyə minəcək.(sfera.az)