Peruda turistləri daşıyan kiçik təyyarənin Nazka şəhəri yaxınlığındakı kənd ərazisinə düşməsi nəticəsində 13 nəfər həyatını itirib.
Cagdas.az xəbər verir ki, Məlumata görə, paytaxt Limadan təxminən 240 kilometr məsafədə yerləşən Pisko şəhərindən havaya qalxan təyyarə naməlum səbəbdən Nazka kəndinə yaxın əraziyə qəzaya uğrayıb.
Nazka Polis İdarəsinin rəisi Xorxe Andrade bildirib ki, qəza nəticəsində sağ qalan olmayıb. Onun sözlərinə görə, təyyarədə olan 11 sərnişin və 2 ekipaj üzvü həlak olub. Hazırda xilasedicilər 4 nəfərin meyitini aşkar ediblər.
Bildirilib ki, turistlər dünyaca məşhur Nazka xətlərini havadan izləmək üçün təşkil edilən ekskursiya uçuşunda iştirak edirdilər.
Qəzanın başvermə səbəbləri araşdırılır.(metbuat.az)
















