Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeri maqnit qasırğası bürüyəcək – XƏBƏRDARLIQ

Cəmiyyət
İyulun son günlərində tezliklə planetimizə çatacaq Günəş partlaması baş verib. Avqust ayı maqnit qasırğaları olmadan başlayıb, lakin 2-də qısamüddətli qasırğa gözlənilir.

Cagdas.az bildirir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat verib.

Avqustun 2-də kosmik hava şəraitinin pisləşməsi gözlənilir. İyulun 30-da Günəşdə aşkar edilən koronal kütlə atılması Yerə yaxınlaşacaq. Geomaqnit aktivliyi gün ərzində aktiv səviyyələrə qədər arta bilər və müəyyən saatlarda zəif G1 maqnit qasırğası mümkündür. Meteohəssas insanlar yüngül narahatlıq hiss edə bilərlər.

Avqustun 3-də, koronal kütlə atılmasından sonra geomaqnit aktivliyi azalmağa başlayacaq. Günün birinci yarısında təcrid olunmuş maqnit sahəsi pozuntuları yenə də mümkündür, lakin vəziyyət tədricən sabitləşəcək və maqnitosfer sakit vəziyyətə qayıdacaq.

Bu günlərdə insanlar ən çox səhhətlərinin pisləşməsindən, baş ağrılarından, diqqətin zəifləməsindən və yuxunun pisləşməsindən şikayətlənirlər.

Xroniki xəstəlikləri və zəifləmiş immunitet sistemi olan insanlar risk altındadır.(lent.az)