Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi YEKUNLAŞIR

Cəmiyyət

“Horadiz-Ağbənd avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir, dəmir yolu xəttinin inşası isə son mərhələyə çatıb”.

Cagdas.az xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bir çox şirkət bölgədə anbar kompleksləri və logistika mərkəzləri yaratmaq, yükdaşıma və saxlama imkanlarını genişləndirməkdə maraqlıdır: “Bütün bunlar regionun iqtisadi inkişafına və beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə ciddi təkan verəcək. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iki əsas iqtisadi zona yaradılıb. Bunlardan biri Ağdam Sənaye Parkı, digəri isə Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonasıdır”(modern.az)