Cagdas.az xəbər verir ki, dünya üzrə yekun statistika hələ açıqlanmasa da, Avropada yayımlanan son məlumatlar istilə bağlı ölüm hallarının kəskin artdığını göstərir.
Almaniyada 2026-cı ilin əvvəlindən bəri təxminən 9 min 800 nəfərin həddindən artıq istilə bağlı səbəblərdən öldüyü bildirilib. Böyük Britaniyada isə may və iyun aylarında qeydə alınan istilər nəticəsində 2 min 877 nəfərin həyatını itirdiyi təxmin edilir.
Fransa, Niderland və Belçikada iyun ayındakı isti dalğası zamanı ilkin hesablamalara görə 3 min 700-dən çox əlavə ölüm qeydə alınıb. Sonradan açıqlanan məlumatlarda yalnız Fransada iyunun ortalarından iyulun əvvəlinədək 5 min 764 əlavə ölüm qeydə alındığı bildirilib.
Reuters-in yaydığı məlumata əsasən, Avropada iyunun sonlarında baş verən rekord istilər zamanı 10 mindən çox əlavə ölüm qeydə alınıb. Ölənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı şəxslər olub.(metbuat.az)
















