Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakıda mənzillərin kvadratı 7 min manat oldu – VİDEO

Cəmiyyət

Bakıda daşınmaz əmlak bazarında qiymətlərin kəskin artması müşahidə olunur. 

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, qiymət artımı xüsusilə ümumi sahəsi kiçik olan mənzillərdə və köhnə tikili binalarda daha çox nəzərə çarpır.

Ekspert bildirib ki, yeni tikili binalarda da bahalaşma dalğasının davam edəcəyi gözlənilir:

“Bunun əsas səbəblərindən biri paytaxt Bakıda yeni çoxmənzilli yaşayış binalarının inşası üçün yararlı torpaq sahələrinin getdikcə azalmasıdır. Hazırda yeni tikili binalarda qiymətlər yerləşdiyi əraziyə görə dəyişir. Paytaxtın mərkəzi hissəsində bir kvadratmetrin qiyməti təxminən 4-7 min manat, mərkəzə yaxın ərazilərdə 2-4 min manat, şəhər kənarında isə 1.500-2.500 manat arasındadır. Köhnə binalarda isə qiymətlər, əsasən, bir kvadratmetr üçün 2.500-4 min manat arasında dəyişir”.