Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ürək xəstəliklərinə aparan gizli səbəblər – 4 təhlükəli vərdiş

Cəmiyyət

Gündəlik həyat tərzində zərərsiz görünən bəzi vərdişlər uzunmüddətli perspektivdə ürək sağlamlığı üçün ciddi risk yarada bilər.

Cagdas.az xəbər verir ki, kardioloq Françesko Lo Monako bu barədə “HuffPost” nəşrinə danışıb.

Həkimin sözlərinə görə, ürəyə ən çox zərər verən vərdişlərdən biri spirtli içkilərdən həddindən artıq istifadədir. O bildirib ki, alkoqolla əlaqəli ürək-damar xəstəlikləri adətən tədricən inkişaf etdiyindən insanlar uzun müddət heç bir əlamət hiss etməyə bilər. Bu isə xəstəliyin gec aşkarlanmasına və sağlamlığa ciddi zərər vurmasına səbəb olur.

Mütəxəssis qeyd edib ki, arterial təzyiqin yüksək olmasına nəzarət edilməməsi də ürək əzələsinə mənfi təsir göstərir.

Onun sözlərinə görə, təzyiq aylarla və ya illərlə yüksək qaldıqda ürək daha çox yüklənir. Nəticədə ürək ritminin pozulması, ürək çatışmazlığı və infarkt riski artır.

Həkim fiziki aktivliyin azlığını da əsas risk faktorlarından biri kimi göstərib. O vurğulayıb ki, müntəzəm hərəkət etməmək ürək-damar sisteminin fəaliyyətini zəiflədir və müxtəlif ürək xəstəliklərinin yaranma ehtimalını artırır.

Həkim həmçinin müalicə olunmayan yuxu apnoesinin də ürək üçün ciddi təhlükə yaratdığını bildirib. Yuxu zamanı nəfəsin qısa müddətə dayanması ilə xarakterizə olunan bu problem təkcə səhərlər yorğunluğa səbəb olmur, eyni zamanda yüksək qan təzyiqi, ürək ritminin pozulması və ürəkdə struktur dəyişikliklərinin yaranması riskini artırır.

Mütəxəssislər vurğulayırlar ki, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, qan təzyiqinə nəzarət və zərərli vərdişlərdən uzaq durmaq ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.(sfera.az)