Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Məktəblərlə bağlı mühüm qərar gözlənilir – 2028-ci ildən etibarən…

Cəmiyyət

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli təklif edib ki, məktəb direktorları və müavinləri üçün hər 5 ildən bir sertifikasiya tətbiq olunsun. O bildirib ki, təhsilin keyfiyyəti təkcə müəllimdən yox, idarəetmədən başlayır.

Bəs bu təklifin gerçəkləşməsi nə qədər realdır?

Cagdas.az  bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, gələcəkdə məktəb direktorlarının da sertifikasiyası nəzərdə tutulur:

“Ehtimal ki, müəyyən müddətdən sonra onlar da bu prosesə cəlb ediləcəklər. Sertifikasiya müvafiq qanunvericilik, idarəetmə və rəhbərlik bacarıqları istiqamətində aparılacaq. Hazırda isə əsas məqsəd müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsini tam şəkildə başa çatdırmaqdır. Planlaşdırılır ki, bu mərhələ 2028-ci ilədək tam yekunlaşsın. Bundan sonra məktəb direktorlarının da sertifikasiya prosesinə cəlb olunması gözlənilir”.

Ekspert bildirib ki, direktorların idarəetmə bacarıqları, təhsil qanunvericiliyi üzrə bilikləri, eləcə də məktəbin effektiv idarə olunması ilə bağlı peşəkar kompetensiyaları qiymətləndirilməlidir:

“Çünki təhsil müəssisəsinin uğurlu fəaliyyəti təkcə müəllimlərin yox, eyni zamanda rəhbərliyin peşəkarlığından da birbaşa asılıdır. Yəni proses mərhələli əsaslarla aparılır”.