Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Səfir etimadnaməsini Ceyhun Bayramova təqdim etdi – FOTO

Cəmiyyət

3 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Estoniya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.

Cagdas.az xəbər veriri ki XİN-dən Modern.az-a verilən xəbərə görə, görüş zamanı səfir Tiina Nirk etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, Azərbaycan ilə Estoniya arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Estoniyanın Azərbaycanda səfirlik təsis edilməsi barədə qərarı məmnunluqla qarşılanaraq, bu addımın ikitərəfli münasibətlərin daha da inkişafına, siyasi dialoqun intensivləşməsinə və əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Tərəflər Azərbaycan ilə Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Komissiyanın növbəti iclasının keçirilməsinin əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına təkan verəcəyini qeyd ediblər. Həmçinin təhsil sahəsində əməkdaşlığın, akademik mübadilə proqramlarının və ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Səfir Tiina Nirk ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirərək, ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə daha da genişləndirilməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.