Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Əcnəbilərin Azərbaycanda qeydiyyat qaydalarını pozması halları artıb

Cəmiyyət

Son dövrlər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının artdığı müşahidə olunur.

Cagdas.az  xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Miqrasiya Məcəlləsinin tələblərinə əsasən, ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

“Bununla əlaqədar olaraq DMX Azərbaycanda 15 gündən artıq müvəqqəti olan əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri, habelə onları qəbul edən tərəfi miqrasiya qanunvericiliyinin tələblərinə riayət etməyə çağırır.

Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması məqsədilə onu qəbul edən tərəf həmin şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində müvafiq ərizə-anketi və əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportunun yaxud digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir”, – məlumatda qeyd olunub.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Tələb olunan müddətdə olduğu yer üzrə qeydiyyata alınmama əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, həmçinin onları qəbul edən tərəfin inzibati məsuliyyətə cəlb edilmələri üçün əsasdır.(modern.az)