Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb – VİDEO

Cəmiyyət

Bu gün imam Hüseyn və 72 səhabəsinin şəhadətinin qırxıncı günüdür. Ərbəin adlanan bu gün Kərbəla şəhidlərinin xatırlandığı tarix kimi yaddaşlara köçüb. Ərbəin milyonlarla insanın İraqın Kərbəla şəhərinə piyada yürüş etdiyi və xüsusi duaların oxunduğu dini ənənəyə çevrilib.

Hazırda dünyanın diqqəti yenə Kərbəlaya yönəlib. İraqda Ərbəin yürüşlər və müxtəlif matəm mərasimləri ilə qeyd olunur.

Cagdas.az -ın məlumatına görə, Kərbəlaya axın edən Ərbəin yürüşçüləri arasında azərbaycanlılar da çoxdur.

Ərbəin yürüşündə iştirak edən azərbaycanlı zəvvarların saytımıza verdikləri məlumata görə, Kərbəlaya uzanan yollarda Qarabağ döyüşlərində şəhidliyə ucalmış qəhrəmanlarımızın da şəkilləri asılıb, onların ruhuna dualar oxunur, ehsanlar verilir.

İraq Xəbər Agentliyinin (INA) məlumatına görə, Ərbəin mərasimlərində iştirak etmək üçün İraqa 4,4 milyondan çox xarici ziyarətçi daxil olub.

Kərəbəla yolunda asılan azərbaycanlı şəhidlərin anımını əks etdirən videonu təqdim edirk(Modern.az)