Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu bitki qaraciyəri piylənmədən qoruyur

Cəmiyyət

Alimlər çaytikanı yağının qaraciyərin piylənməsi xəstəliyinə qarşı müsbət təsir göstərə biləcəyini müəyyən ediblər.

Cagdas.az bildirir ki, araşdırmanın nəticələri “Food & Function” elmi jurnalında dərc olunub.

Tədqiqatçılar bildiriblər ki, çaytikanının meyvə ətindən əldə edilən yağ orqanizmdə yağ mübadiləsini tənzimləyə, qaraciyərdə piy toplanmasını azalda və iltihabi prosesləri zəiflədə bilər.

Siçanlar üzərində aparılan təcrübələr zamanı məlum olub ki, çaytikanı yağı qanda şəkərin səviyyəsinə nəzarəti yaxşılaşdırıb, həmçinin qaraciyərdə təhlükəli proseslərdən biri olan fibrozun inkişafını ləngidib.

Alimlərin sözlərinə görə, çaytikanı yağı tərkibində olan palmitolein turşusu sayəsində qaraciyər hüceyrələrinə təsir edə bilər. Araşdırma zamanı bu yağın xroniki iltihabla əlaqəli bəzi bioloji prosesləri zəiflətdiyi və immun reaksiyaların balansını yaxşılaşdırdığı müşahidə olunub.

Mütəxəssislər hesab edirlər ki, çaytikanı yağı gələcəkdə qaraciyərin piylənməsinin qarşısının alınması və müalicəsi üçün yeni vasitələrin hazırlanmasında istifadə oluna bilər.

Qeyd: Araşdırma heyvanlar üzərində aparılıb. Çaytikanı yağının insanlarda qaraciyər xəstəliklərinin müalicəsində effektivliyini təsdiqləmək üçün əlavə klinik tədqiqatlara ehtiyac var.(sfera.az)