Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakıda möhtəşəm meteor yağışı izləniləcək – Tarix açıqlandı

Cəmiyyət

Perseid meteor yağışı avqustun 24-dək davam edəcək. Meteor axınının ən yüksək aktivliyi isə avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da müşahidə olunacaq.

BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından Milli.Az-a verilən məlumata görə, Perseid meteor yağışı parlaq və sürətli meteorları ilə seçilir. Bu meteorların bir çoxu atmosferə daxil olarkən uzun işıq izləri yaradır ki, bu da onları digər meteor axınlarından fərqləndirir.

Məlumata əsasən, meteorların mənbəyi Persey bürcündə yerləşdiyi üçün bu hadisə Perseidlər adlanır. Bakıdan həmin istiqamət gecə boyunca müşahidə edilə bildiyi üçün meteor yağışını uzun müddət izləmək mümkündür. Radiant səhər saatlarına yaxın ən yüksək nöqtəyə çatır və Bakı üçün bu vaxt təxminən saat 06:00-a təsadüf edir.

Perseid meteor yağışı “109P/Swift-Tuttle” kometinin orbit boyunca buraxdığı toz və kiçik qaya hissəciklərinin Yer atmosferinə daxil olması nəticəsində yaranır. Yer hər il avqust ayında həmin hissəciklər axınından keçir. Təxminən 59 km/saat sürətlə atmosferə daxil olan hissəciklər sürtünmə nəticəsində qızaraq yanır və səmada parlaq meteor izləri yaradır.

Astrofizika kafedrasının məlumatına görə, ideal şəraitdə Perseid meteor yağışının intensivliyi saatda təxminən 150 meteor ola bilər. Bakı şəhərində isə əlverişli hava və müşahidə şəraiti olduqda saatda təxminən 140 meteor görmək mümkündür.

Meteor yağışını izləmək üçün teleskop və ya xüsusi avadanlıq tələb olunmur. Bunun üçün şəhər işıqlarından uzaq, qaranlıq ərazi seçmək tövsiyə edilir. Xüsusilə avqustun 12-dən 13-nə keçən gecə və səhər saatlarında müşahidəçilər çoxsaylı meteorları görə biləcəklər.

Qeyd olunub ki, 2026-cı ildə Perseid meteor yağışının maksimum aktivliyi Yeni Ay fazasına təsadüf edir. Bu isə səmanın daha qaranlıq olmasına və meteorların daha aydın müşahidə edilməsinə imkan yaradacaq. Bu səbəbdən cari ilin Perseid meteor yağışı son illərin ən əlverişli müşahidə imkanlarından biri hesab olunur.(milli.az)