Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İran: Hörmüzdə vurulan gəmilər silah və sursat daşıyırdı

Cəmiyyət

İran Xarici İşlər Nazirliyi Hörmüz boğazında vurulan gəmilərlə bağlı açıqlama verib.

Cagdas.az xəbər verir ki, İran XİN-in sözçüsü İsmail Bəqayi IRIB-ə müsahibəsində bildirib ki, həmin gəmilər neft və qaz deyil, ABŞ üçün nəzərdə tutulan silah və sursat daşıyırmış.

Onun sözlərinə görə, ABŞ hərbi gəmilərinin neft və ya mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan böyük ticarət gəmilərinə yaxınlaşdığı müşahidə olunub.

Bəqayi iddia edib ki, ABŞ ordusu İran Silahlı Qüvvələrinin nəzarətindən yayınmaq üçün izləmə sistemlərini söndürüb və hərbi personal, texnika və avadanlıqların daşınmasında kommersiya gəmilərindən istifadə edib.

İran rəsmisi bu addımların İslamabad Memorandumunun 5-ci bəndinə zidd olduğunu bildirib.

O qeyd edib ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) hərbi gəmisi icazəsiz marşrutla hərəkət edərək LNG daşıyan gəminin arxasında gizlənib. Bəqayinin sözlərinə görə, bu, Vaşinqtonun atəşkəs razılaşmasından sui-istifadə etdiyini və İrana qarşı addımlar üçün şərait yaratdığını göstərir.

İran XİN sözçüsü əlavə edib ki, Tehran bu məsələyə etiraz etdikdən sonra ABŞ tərəfindən hücumların intensivliyi artıb.(milli.az)