Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Təyin edilmiş aliment məbləğini azaltmaq mümkündür? – Vəkil açıqladı

Cəmiyyət

Nikahın pozulmasından sonra tərəflər arasında ən çox mübahisə yaradan məsələlərdən biri də aliment ödənişləridir. Çox vaxt məhkəmə tərəfindən təyin olunan aliment məbləği ödəyici şəxsin real gəlirləri ilə üst-üstə düşmür. Xüsusilə məvacibi azalan və ya maddi vəziyyəti pisləşən vətəndaşlar üçün bu öhdəliyi yerinə yetirmək ciddi çətinlik yaradır. Nəticədə ödəniş imkanı ilə təyin olunmuş məbləğ arasında ciddi uyğunsuzluqlar ortaya çıxır. Bəs belə vəziyyətdə məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini azaltmaq mümkündürmü? Mövzu ilə bağlı ortaya çıxan suallara aydınlıq gətirmək üçün hüquqi mütəxəssisin fikirlərini öyrəndik.

Məsələ ilə bağlı Cagdas.az -a açıqlama verən vəkil Aynur Musayeva bildirib ki, hazırda vətəndaşlar tərəfindən daxil olan müraciətlər arasında aliment məbləğinin azaldılması mövzusu üstünlük təşkil edir:

“Məsələn, vətəndaşın aldığı əməkhaqqı 500 manatdır, lakin iki uşağa görə ona təyin edilmiş aliment məbləği 520 manat təşkil edir. Təbii ki, vətəndaşın aldığı məvaciblə təyin olunmuş aliment arasında ciddi uyğunsuzluq yaranır. Bu cür hallar yarandıqda vətəndaşlar alimentin azaldılması üçün məhkəməyə müraciət edə bilərlər”.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, aliment ödəyən valideynin maddi və ya ailə vəziyyəti dəyişdikdə, məhkəmə təyin olunmuş məbləğin azaldılması barədə iddia qaldırmaq hüququnu tanıyır. Bunun üçün vətəndaşlar öz gəlirlərindəki və ya maddi vəziyyətlərindəki dəyişikliyi təsdiq edən rəsmi sənədləri toplayaraq aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərlər. Məhkəmə işin hallarını və tərəflərin maraqlarını nəzərə alaraq məbləğin azaldılması ilə bağlı müvafiq qərar qəbul edə bilər.(oxu24.com)