Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İkinci əl avtomobil bazarında son vəziyyət

Cəmiyyət

İyul ayında ikinci əl avtomobil bazarında həm satışa çıxarılan avtomobillərin sayı, həm də qiymətlər üzrə fərqli mənzərə yaranıb. Statistikaya görə, şəhər və rayonlar arasında elanların sayı və orta satış qiymətləri baxımından ciddi fərqlər müşahidə olunur.

Bəs bu göstəricilər bazarın hazırkı vəziyyəti və yaxın aylarda qiymətlərin necə dəyişəcəyi barədə nə deyir?

Hazırda avtomobil almaq üçün münasib vaxtdır, yoxsa alıcılara bir qədər gözləmək tövsiyə olunur?

Cagdas.az  bildirir ki, mövzu ilə bağlı Qaynarinfo-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, böyük şəhərlərdə ikinci əl avtomobillərə tələb daha çoxdur:

“Böyük şəhərlərdə tələb daha çoxdur, alıcıların seçim imkanları da genişdir və qiymətlər yüksək ola bilər. Bölgələrdə isə tələb az olduğundan bəzi modellərin qiyməti fərqli qala bilir. Yəni hazırkı vəziyyət onu göstərir ki, ikinci əl avtomobil bazarında kəskin qiymət artımı müşahidə olunmur. Təklif kifayət qədər genişdir və alıcıların seçim etmək imkanları da var”.

Eldəniz Cəfərov qeyd edib ki, buna görə də, bazarı hazırda nisbətən balanslı hesab etmək olar:

“Yaxın aylarda qiymətlərə təsir edə biləcək əsas amillər isə yeni avtomobillərin idxal həcmi, valyuta məzənnəsi, kredit şərtləri və mövsümi tələbat olacaq. Əgər bu göstəricilərdə hər hansı bir ciddi dəyişiklik baş verməsə, qiymətlərdə kəskin artım və ya azalma gözlənilmir”.