Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Valideynlərin nəzərinə: Özəl bağçalarla birillik müqavilə bağlanmayacaq

Cəmiyyət

Özəl bağçaların maliyyələşməsi aylıq əsasda həyata keçiriləcək”.

Cagdas.az xəbər verir ki, bunu MÜTDA-nın direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında bildirib.

“Məktəbəqədər təhsil icbari deyil. Valideynlər bəzən uşaqlarını iki-üç ay bağçaya göndərib daha sonra çıxarırlar. Ona görə də bir illik vəsait əvvəlcədən ayrılmayacaq. Uşaqların davamiyyəti monitorinq olunacaq və dövlət öz üzərinə düşən payı hər ay ödəyəcək. Necə ki, valideyn hər ay təhsil haqqını ödəyir, dövlət də aylıq maliyyələşdirmə aparacaq. Müqavilə 10 aylıq olacaq. Adətən yay aylarında valideynlər məzuniyyətə çıxdıqları və hava şəraiti ilə əlaqədar uşaqları bağçalara daha az göndərdikləri üçün bu müddət nəzərə alınıb”.

O deyib ki, hər bağçanın müəyyən tutumu var və bu məlumat məktəbəqədər təhsil informasiya sistemində qeyd olunur:

“Həmin yerlərin bir hissəsi artıq tam ödəniş edən valideynlərin uşaqları üçün nəzərdə tutulub, digər hissəsi isə yeni qəbul olunan uşaqlara ayrılacaq. Əgər hər hansı valideyn uşağını bir bağçadan çıxarıb başqa bağçaya keçirərsə, həmin yer boşalacaq və növbədə olan digər namizəd həmin yerdən yararlana biləcək. Təhsil müəssisəsi təhsil haqqını müqavilədə müəyyən edir. Əgər sonradan qiyməti artırırsa, valideynlə yeni müqavilə bağlanmalıdır. Valideyn bilir ki, Bakı şəhərində dövlət tərəfindən ayrılan maksimum məbləğ 300 manatdır və qalan hissəni özü ödəməlidir. Əgər buna razıdırsa, müqavilə qüvvədə qalacaq, razı deyilsə, müqavilədən imtina edə bilər”./APA