Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

QHT-lərin nəzərinə: qaliblər 67 layihə arasından seçiləcək – Agentlik

Cəmiyyət

Azərbaycan və Özbəkistanın QHT-lər üçün ilk dəfə birlikdə elan etdiyi qrant müsabiqəsi üzrə daxil olan layihələrin ekspertizasına başlanılıb.

Cagdas.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən bildirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Özbəkistan Respublikası Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu birlikdə qrant müsabiqəsi üzrə QHT-lərdən layihə təkliflərinə dair sənədlərin qəbulu 2026-cı il iyul ayının 1-dən iyulun 30-dək aparılıb.

Azərbaycan QHT-lərinin sənədlərinin qəbulunu Azərbaycan Respublikasının QHT Agentliyi, Özbəkistan QHT-lərinin sənədlərinin qəbulunu isə Özbəkistanın Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu icra edib. Azərbaycan QHT-ləri layihələrini Özbəkistanda, Özbəkistan QHT-ləri isə Azərbaycanda icra edəcək.

Müsabiqəyə ümumilikdə 67 layihə təklifi daxil olub. Özbəkistan Respublikası Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fonduna 21, Azərbaycanın QHT Agentliyinə isə 46 layihə təklifi daxil olub.

Hazırda QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılır. Daha sonra layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək, elan olunacaq.(modern.az)