• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.5° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Sosial şəbəkələrdə yaş məhdudiyyətini pozanlar cərimələnəcək – Prezident təsdiqlədi

05 Avqust, 26 / 14:56
A A

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

Cagdas.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda edilmiş dəyişiklikləri imzalayıb.

Sənədə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-4.13-cü maddəsində qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər 6 000 manatdan 7 000 manatadək məbləğdə, hüquqi şəxslər 15 000 manatdan 20 000 manatadək məbləğdə cərimə ediləcək.

Bundan əlavə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-5.5-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə:

– vəzifəli şəxslər 7 000 manatdan 8 000 manatadək məbləğdə, hüquqi şəxslər 25 000 manatdan 30 000 manatadək məbləğdə cərimə ediləcək.

Bundan başqa, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni fərdi rəqəmsal hesabın yaradılması zamanı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-4.2-ci və 13-4.4-cü maddələrində müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya həmin Qanunun 13-4.2 – 13-4.5-ci maddələrinin tələbləri pozulmaqla tətbiq edilməsinə;

– 16-18 yaş arası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununun 13-4.11-ci maddəsində göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;

– 16-18 yaş arası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;

– toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;

– fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə vəzifəli şəxslər 8 000 manatdan 9 000 manatadək məbləğdə, hüquqi şəxslər 35 000 manatdan 40 000 manatadək məbləğdə cərimə ediləcək.

 

Bu Məcəllənin 388-4.1 – 388-4.3-cü maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər doqquz min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər 45 000 manatdan 50 000 manatadək məbləğdə cərimə ediləcəklər.

Qanun dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Metroda 10 aylıq dəyişiklik: Hərəkət necə təşkil olunacaq?

Avqust 5, 2026
Cəmiyyət

Bakının kirayə bazarında yeni dalğa – Ev axtaranlara xəbərdarlıq

Avqust 5, 2026
Cəmiyyət

Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ

Avqust 5, 2026
Cəmiyyət

Bakı avtobuslarında qəribə vəziyyət – Bu qayda dəyişə bilər

Avqust 5, 2026
Cəmiyyət

TƏCİLİ! Prezidentdən önəmli QƏRAR: Nələr dəyişəcək?

Avqust 5, 2026
Cəmiyyət

Xocavəndə növbəti köç karvanı yola salındı

Avqust 5, 2026

XƏBƏR LENTİ

Metroda 10 aylıq dəyişiklik: Hərəkət necə təşkil olunacaq?

05 Avqust, 26 / 16:20

Bakının kirayə bazarında yeni dalğa – Ev axtaranlara xəbərdarlıq

05 Avqust, 26 / 16:06

Ermənistan ABŞ-la Zəngəzur dəhlizini müzakirə etdi

05 Avqust, 26 / 15:53

Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ

05 Avqust, 26 / 15:38

Bakı avtobuslarında qəribə vəziyyət – Bu qayda dəyişə bilər

05 Avqust, 26 / 15:25

TƏCİLİ! Prezidentdən önəmli QƏRAR: Nələr dəyişəcək?

05 Avqust, 26 / 15:10

Sosial şəbəkələrdə yaş məhdudiyyətini pozanlar cərimələnəcək – Prezident təsdiqlədi

05 Avqust, 26 / 14:56

Bu dörd bürcü xoş xəbərlər gözləyir

05 Avqust, 26 / 14:42

Xocavəndə növbəti köç karvanı yola salındı

05 Avqust, 26 / 14:28

Bakı metrosunda iki rəis təyinatı oldu

05 Avqust, 26 / 14:14
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.