Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakının kirayə bazarında yeni dalğa – Ev axtaranlara xəbərdarlıq

Cəmiyyət

Yeni tədris ilinin yaxınlaşması ilə Bakıda kirayə mənzil bazarında canlanma müşahidə olunur. Xüsusilə universitetlərə yaxın ərazilərdə kirayə mənzillərə tələbin artması qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallar yaradır.

Məsələ ilə bağlı Cagdas.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə kirayə qiymətlərində nəzərəçarpacaq artım müşahidə edilir.

Ekspert qeyd edib ki, avqust ayından başlayaraq sentyabrın əvvəllərinə qədər tələbələrin mənzil axtarışları artdığı üçün bazarda tələb yüksəlir. Onun sözlərinə görə, 50 mindən çox abituriyentin tələbə adını qazanması kirayə seqmentinə müraciət edənlərin sayını artırır və təkliflərin məhdud olması qiymət artımına gətirib çıxarır.

V.Orucovun sözlərinə görə, tələbələrin əsas seçdiyi ərazilər metro stansiyalarına, nəqliyyat xətlərinə və universitetlərə yaxın zonalardır. Bu baxımdan o Yasamal, Nərimanov, Nəsimi, Xətai və Binəqədi rayonlarında qiymət artımının daha çox hiss olunduğunu vurğuladı

Ekspert dediki, qiymət artımı əsasən orta və aşağı seqmentdə yerləşən mənzillərə təsir edir:

“Tələbələrin daha çox üstünlük verdiyi bir və iki otaqlı mənzillərdə qiymət artımı daha çox nəzərə çarpır və bəzi ərazilərdə bu göstərici 25 faizə qədər çata bilir. Xüsusilə, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi”, “28 May”, Tibb Universitetinin ətrafı, “Xətai” metro stansiyası, Ağ Şəhər, “Azadlıq prospekti”, “Dərnəgül”, “Gənclik” və “Nəriman Nərimanov” istiqamətlərində tələb daha yüksəkdir və qiymət artımı artıq özünü göstərməyə başlayıb”.

Ekspert əlavə edib ki, universitetlərə yaxın ərazilərdə qiymətlər digər rayonlarla müqayisədə təxminən 10-20 faiz fərqlənir:

“Bu fərq mənzilin yerləşdiyi ərazi, binanın yeni və ya köhnə olması, eləcə də nəqliyyat əlçatanlığı kimi amillərdən asılı olaraq dəyişir”.

Tələbələrin büdcəyə qənaət etmək üçün daha çox ictimai nəqliyyatdan istifadə etdiyini deyən ekspert, nəqliyyat imkanlarının kirayə qiymətlərinə təsir edən əsas faktorlardan biri olduğunu diqqətə çatdırıb.

V.Oruc onu da bildirdi ki, tələbə yataqxanalarının sayının artırılması kirayə bazarına olan təzyiqi azalda bilər.(sfera.az)