• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28.1° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda sürücüsüz avtomobillər: Bəs sürücülər işini itirəcək?

05 Avqust, 26 / 18:08
A A

Azərbaycanda sürücüsüz avtobus və qatarların tətbiqi üçün qanunvericiliyə dəyişiklik edilməsi bu texnologiyaların gələcəkdə məşğulluğa təsiri ilə bağlı müzakirələrə səbəb olub.
Cagdas.az xəbər verir ki, mövzu ilə bağlı “Bakupost”a danışan yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib ki, süni intellektin inkişafı təkcə nəqliyyat sektorunda deyil, digər sahələrdə də iş yerlərinə təsir göstərəcək.

Ekspertin sözlərinə görə, sürücüsüz avtomobillərin, avtobusların, metro və dəmir yolu qatarlarının tətbiqi nəticəsində bəzi iş yerlərinin itirilməsi qaçılmaz olacaq:

“Ümumilikdə süni intellekt inkişaf etdikcə iş yerləri təhdid altında qalır. Bu, təkcə nəqliyyat sektoru ilə bağlı deyil, digər sahələrdə də bu problemlər özünü göstərir və göstərməkdədir. İş yerlərinin itirilməsi qaçılmaz olacaq”.

Bununla yanaşı, o hesab edir ki, yeni texnologiyalar yeni peşələrə də ehtiyac yaradacaq.

“Avtonom nəqliyyat vasitələrinə texniki xidmət göstərilməli, onların fəaliyyətinə operator nəzarəti təmin olunmalıdır. Süni intellekt olsa belə, onları tamamilə özbaşına buraxmaq olmaz. Bu sahədə müxtəlif xidmətlərə və yeni peşələrə ehtiyac yaranacaq”.

Elməddin Muradlının sözlərinə görə, bu sistemlərin Azərbaycanda yaxın vaxtlarda tam tətbiqi gözlənilmir:

“Bu sistem hələ indi-indi dünyada tətbiq olunur. Azərbaycanda da onun qısa müddətdə reallaşacağını gözləmirəm. Qanunvericilik bazasının formalaşdırılması o demək deyil ki, bütün problemlər artıq həll olunub. Bunun təkmilləşdirilməsi üçün illər lazımdır”.

Ekspert bildirib ki, bu müddətdə yol infrastrukturu təkmilləşdirilməli, operator xidmətləri yaradılmalı və digər zəruri addımlar atılmalıdır.

“Bu, bu gün qərar qəbul edib sabah həyata keçiriləcək proses deyil. Müəyyən dövr keçməlidir və həmin dövr səmərəli istifadə olunmalıdır. Dünyada artıq sürücüsüz yük maşınları və avtobuslar tətbiq olunur. Gələcəkdə daha böyük sərnişindaşıma vasitələri də bu texnologiyalarla işləyəcək. Dövlətin bu istiqamətdə hazırlığı məncə kifayət qədər yerindədir. Artıq qərarlar qəbul olunub, müəyyən addımlar atılıb. Amma elə addımlar atılmalıdır ki, gələcəkdə bunun ağrısı-acısı olmasın” – deyə, ekspert əlavə edib.

Bənzər Xəbərlər

Cəmiyyət

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

Avqust 5, 2026
Cəmiyyət

“Nəriman Nərimanov” metrosu ətrafında dəyişiklik – Sərnişinlərə xəbərdarlıq

Avqust 5, 2026
Cəmiyyət

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

Avqust 5, 2026
Cəmiyyət

Sosial şəbəkələrdə valideyn nəzarəti məcburi olacaq

Avqust 5, 2026
Cəmiyyət

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

Avqust 5, 2026
Cəmiyyət

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Avqust 5, 2026

XƏBƏR LENTİ

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

05 Avqust, 26 / 19:26

“Nəriman Nərimanov” metrosu ətrafında dəyişiklik – Sərnişinlərə xəbərdarlıq

05 Avqust, 26 / 19:13

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

05 Avqust, 26 / 19:02

Sosial şəbəkələrdə valideyn nəzarəti məcburi olacaq

05 Avqust, 26 / 18:49

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

05 Avqust, 26 / 18:36

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

05 Avqust, 26 / 18:22

Azərbaycanda sürücüsüz avtomobillər: Bəs sürücülər işini itirəcək?

05 Avqust, 26 / 18:08

Azərbaycanda kişilər üçün pensiya yaşı yenidən artırıla bilər? – İqtisadçıdan diqqətçəkən açıqlama

05 Avqust, 26 / 17:56

Azərbaycanda bu şəxslər 50 min manatadək cərimələnəcək

05 Avqust, 26 / 17:43

Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində nə qədər olacaq?

05 Avqust, 26 / 17:29
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.