Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“WhatsApp”da yenilik: “@hərkəs” etiketini təqdim etdi

Cəmiyyət

“WhatsApp” qrup söhbətlərində ünsiyyəti daha rahat və səmərəli etmək üçün bir sıra yeni funksiyaları istifadəyə verib.

Cagdas.az xəbər verir ki, yeniliklər arasında @hamı etiketi, təkmilləşdirilmiş sorğular (anketlər) və bir toxunuşla yeni qrup yaratmaq imkanı yer alır. Şirkətin bildirdiyinə görə, bu funksiyalar qrup daxilində ünsiyyəti və qərarvermə prosesini xeyli asanlaşdıracaq.

Yenilənmiş sorğu sistemi sayəsində istifadəçilər artıq səsvermənin bitmə vaxtını müəyyən edə, səs verən şəxslərin adlarını gizlədə və yaradılmış sorğunu 15 dəqiqə ərzində redaktə edə biləcəklər.

 

 

Bundan başqa, təcili elanlar üçün nəzərdə tutulan @hamı etiketi vasitəsilə qrupun bütün üzvlərinə eyni anda bildiriş göndərmək mümkün olacaq. Bu bildirişlər hətta söhbəti səssizə alan istifadəçilərə də çatdırılacaq. Funksiya 32 nəfərdən çox üzvü olan qruplarda yalnız administratorlar üçün aktiv olacaq. İstifadəçilər istədikləri halda bu bildirişləri ayarlardan deaktiv edə bilərlər.

“WhatsApp”-ın təqdim etdiyi digər yenilik isə bir toxunuşla yeni qrup yaratmaq imkanıdır. Artıq istifadəçilər mövcud qrupdakı şəxsləri ayrı-ayrılıqda əlavə etmədən yeni qrup söhbəti yarada biləcəklər. Bu xüsusiyyət əsas söhbəti qarışdırmadan tədbirlər, layihələr və ya digər təşkilati məsələlər üçün ayrıca qrup yaratmağı daha rahat edəcək.(sfera.az)