Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ölkəmizdə kasıb ailələrdə uşaq sayı varlı ailələrə daha yüksəkdir

Cəmiyyət

Azərbaycanda istehlak xərcləri ən aşağı olan ailələrdə ailə üzvlərinin sayı daha çoxdur.

Cagdas.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, istehlak xərclərinə görə ən aşağı – birinci kvintilə daxil olan ev təsərrüfatlarında orta ailə ölçüsü 4,6 nəfər təşkil edir. İkinci kvintildə bu göstərici 4,5 nəfər, üçüncü kvintildə 4,2 nəfər, dördüncü kvintildə 3,6 nəfər, ən yüksək istehlak xərclərinə malik beşinci kvintildə isə 2,9 nəfər olub.

Statistika şəhər və kənd yerlərində də oxşar mənzərəni göstərir. Şəhərlərdə ən aşağı istehlak qrupunda ailələrin orta ölçüsü 4,5 nəfər, ən yüksək qrupda 2,7 nəfər, kənd yerlərində isə müvafiq olaraq 4,9 və 3,0 nəfər təşkil edib.(modern.az)