Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda gəlirlərin əsas hissəsi maaşdan formalaşmır – RƏSMİ

Cəmiyyət

Azərbaycanda ev təsərrüfatlarının gəlirlərinin ən böyük hissəsi əməkhaqqından deyil, özünüməşğulluq və digər gəlir mənbələrindən formalaşır.

Cagdas.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ölkədə bir nəfərə düşən orta aylıq gəlirin 37,6 faizi muzdlu işdən (əməkhaqqından) əldə olunur. Gəlirlərin 32,4 faizi özünüməşğulluqdan, 20,8 faizi cari transfertlərdən, 7,4 faizi isə əmlakdan əldə olunan gəlirlərdən formalaşır. Digər gəlirlərin payı 1,8 faiz təşkil edir.

Statistikaya görə, cari transfertlərin tərkibində ən böyük pay pensiya gəlirlərinə məxsusdur. Bir nəfərə düşən aylıq pensiya gəliri 68,6 manat, digər sosial müavinət və ödənişlər isə 11,7 manat təşkil edib.(modern.az)