Azərbaycanda ev təsərrüfatlarının əhəmiyyətli hissəsi uzun illərdir eyni mənzildə yaşayır.
Cagdas.az -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, tək nəfərdən ibarət ev təsərrüfatlarının 56,1 faizi, uşaqsız ər-arvaddan ibarət ailələrin 51 faizi, uşaqlı ər-arvaddan ibarət ailələrin isə 50,8 faizi yaşadıqları evdə 30 ildən artıqdır yaşayırlar. Uşaqlı digər ev təsərrüfatlarında bu göstərici 42,7 faiz, uşaqsız digər ev təsərrüfatlarında isə 48,5 faiz təşkil edir.
Statistikaya əsasən, tək valideynli ailələrdə vəziyyət fərqlidir. Bu kateqoriyaya daxil olan ev təsərrüfatlarının 30,4 faizi eyni evdə 30 ildən artıq yaşayır. Onların 29,8 faizi 10-20 il, 22,9 faizi isə 10 ilə qədər həmin mənzildə yaşayır.
Məcmuədə evlərin tikilmə dövrü ilə bağlı məlumatlar da yer alıb. Belə ki, uşaqlı ər-arvaddan ibarət ailələrin 22,2 faizi 1981-1990-cı illərdə tikilmiş, 16,6 faizi 1991-2000-ci illərdə, 8,7 faizi isə 2011-2020-ci illərdə inşa olunan evlərdə yaşayır. 2020-ci ildən sonra tikilmiş evlərdə yaşayanların payı isə cəmi 1,5 faiz təşkil edir.(modern.az)
















