2020-ci ilin fevralında təsis edilmiş “Azərbaycan Evro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) ləğv edilib.
Cagdas.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat dərc olunub.
Bildirilib ki, təşkilatın 300 min manat nizamnamə kapitalı BOKT-lər üçün müəyyən edilmiş 1 milyon manatlıq minimum tələbi ödəmədiyindən, Azərbaycan Mərkəzi Bankı ona lisenziya verməyib. Nəticədə şirkət ləğv olunduğunu elan edib(modern.az)
















