Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“Azərkosmos”, AZAL və ASCO ilə bağlı yeni qərar

Cəmiyyət

Prezident İlham Əliyev “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Fərmanın icrası ilə əlaqədar bir sıra mühüm normativ aktlarda dəyişiklikləri təsdiqləyib.

Cagdas.az xəbər verir ki, Fərmana əsasən, “Azərkosmos”un İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həmçinin qurumun əməkhaqqı fondunun müəyyən edilməsi AZCON-la razılaşdırılacaq.

Bununla yanaşı, “Azərbaycan Hava Yolları” (AZAL) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-lərinin ümumi yığıncağının səlahiyyətlərinin, o cümlədən Müşahidə Şuralarının fəaliyyətinin tənzimlənməsi AZCON-a həvalə edilib.

Dövlət başçısının qərarı ilə hər iki böyük cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi artıq sədr və onun 6 müavinindən ibarət 7 nəfərlik İdarə Heyəti həyata keçirəcək.