Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qadınların gizli düşməni: Sümük əriməsi nə zaman başlayır?

Cəmiyyət

Sümük əriməsi çox vaxt menopauzadan sonra ortaya çıxan problem kimi bilinsə də, mütəxəssislərin fikrincə, bu xəstəliklə mübarizə əslində menopauzadan əvvəl başlamalıdır. Xüsusilə menopauzadan əvvəlki dövr və sonrakı ilk 5–7 il olduqca vacib hesab olunur.

Cagdas.az xəbər verir ki, menopauza dövründə artan sümük əriməsi (osteoporoz) riski erkən mərhələdə görüləcək tədbirlərlə böyük ölçüdə nəzarət altına alına bilər.

Medipol Koşuyolu Xəstəxanasının Qadın Xəstəlikləri və Doğum üzrə mütəxəssisi, professor Dr.Evrim Bostancı Ergen bildirib ki, sümük sağlamlığının qorunmasında menopauzadan əvvəl aparılan qiymətləndirmə, müntəzəm idman, balanslı qidalanma və fərdi müalicə planı əsas rol oynayır:

“Aybaşı pozğunluqları başladığı dövrdə sümük sıxlığının yoxlanılması və lazım gəldikdə qoruyucu müalicəyə başlanması tövsiyə olunur”.

Dr.Ergen qeyd edib ki, yaş artdıqca osteoporoz həyat keyfiyyətini ciddi şəkildə aşağı salır:

“60–65 yaşdan sonra osteoporoza bağlı patoloji sınıqlara daha tez-tez rast gəlinir. Bu mərhələdə diaqnoz qoyulan sümük əriməsi çox vaxt geri dönüşü olmayan həddə çatmış olur. Buna görə də, ərimə başlamazdan əvvəl lazımi tədbirlər görmək böyük əhəmiyyət daşıyır”.

Dr.Ergen söyləyib ki, sümük sağlamlığını üç sütun üzərində qurulan bir sistem kimi qiymətləndirmək lazımdır. Təkcə vitamin əlavələri ilə uğurlu nəticə əldə etmək mümkün deyil.(sfera.az)