Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

20 yaşa çatmayıblar, amma dişlərini itiriblər – Həkim səbəbləri açıqladı

Cəmiyyət

Son zamanlar gənclər arasında erkən yaşda diş itkisi hallarının artdığı müşahidə olunur.

Mövzu ilə bağlı stomatoloq Şəfa Quluzadə Cagdas.az -a açıqlamasında bildirib ki, gənclərdə erkən diş itkisinin qarşısını almaq mümkündür.

Onun sözlərinə görə, bunun üçün uşaqlıq dövründən mütəmadi müayinələr çox vacibdir.

Həkim deyib ki, süd dişlərində yaranan problemlər vaxtında aşkarlanmalı və müalicə olunmalıdır:

“Valideynlər uşaqları müəyyən aralıqlarla stomatoloq müayinəsinə aparmalı, dişlərin inkişafı nəzarətdə saxlanılmalıdır. Düzgün ağız gigiyenası da diş sağlamlığında əsas amillərdən biridir. Uşaqlıqdan formalaşan diş fırçalama vərdişi gələcəkdə yarana biləcək problemlərin qarşısını almağa kömək edir”.

Stomatoloq söyləyib ki, diş əti xəstəlikləri və ağız boşluğuna düzgün qulluq edilməməsi diş itkisinə səbəb ola bilər:

“Xüsusən, kariyes, diş əti xəstəlikləri, zərərli vərdişlər və travmalar erkən diş itkisini sürətləndirən əsas amillərdəndir. Bu səbəbdən profilaktik tədbirlərə vaxtında əməl etmək vacibdir”.(sfera.az)