Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanlı sürücülər Gürcüstanla sərhəddə qalıblar – Araşdırma aparılır

Cəmiyyət

Gürcüstan Gəlirlər Xidməti Azərbaycan qeydiyyatlı yük avtomobillərinin sürücülərinin gömrük-keçid məntəqələrində saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Cagdas.az xəbər verir ki, qurumdan verilən açıqlamada məsələ ilə bağlı araşdırmanın aparıldığı qeyd olunub.

“Bütün sərhəd-keçid məntəqələri istiqamətində yüklərin hərəkəti maneəsiz həyata keçirilir və qeyd olunan məsələ araşdırılır”, – deyə Gəlirlər Xidmətinin açıqlamasında bildirilir.

Qeyd edək ki, Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü “Report”un yerli bürosuna günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildiriblər./report