Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakıda 4 günlük məhdudiyyət: Bu küçədən keçmək mümkün olmayacaq

Cəmiyyət

Paytaxtın Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsiilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

Cagdas.az xəbər verir ki, məhdudiyyət səbəbindən 7-10 avqust tarixlərində 33, 52, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.

Əks istiqamətdə isə avtobuslar Abbasqulu ağaBakıxanov küçəsi, İnşaatçılar və
Nəriman Nərimanov prospektləri, Mirzəağa Əliyev küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.

14 və 96 nömrəli marşrutların hərəkəti Füzuli vəAbdulla Şaiq küçələri, əks istiqamətdə isə Nəriman Nərimanov prospekti və Mirzağa Əliyev küçəsi,daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.(referans media)